GÖZÜNƏ YUXU GETMƏMƏK

yata bilməmək, yatmamaq; narahat olmaq; ~ yuxusu qaçmaq, yatağına qor dolmaq, yuxusu ərşə çəkilmək.

GÖZÜNƏ TƏPMƏK
GÖZÜNÜ AÇMAQ
OBASTAN VİKİ
Yuxu
Yuxu və ya röya — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.
Lusid yuxu
Lusid yuxu və ya aydın yuxu — bu cür yuxulara verilən addır ki, insan yuxu görərkən yuxu gördüyünü bilir və yuxu görməyinin fərqindədir. Termin ilk dəfə Oksford Psixofizika İnstitutundan olan parapsixoloq Celia Green tərəfindən istifadə edilmişdir. Şərqdəki lusid yuxuya önəm verən bəzi mistik məktəblərdə ustad şagirdinə gördüyü psixofizioloji yuxunu istiqamətləndirmək üçün görüntüyə nəzarət üsullarını öyrədir. Bu üsulları tətbiq edə bilən tələbə yuxuda vəhşi bir heyvan tərəfindən təqib edilirsə, yuxusunda şüurlu olur (lusid yuxu vəziyyəti) və təsəvvürünə nəzarət etməsi sayəsində bu dəfə o vəhşi heyvanı yuxunun qalan hissəsində təqib edə bilər. Bəzi dairələrə görə yuxudan durduqdan sonra yuxuları yazmaq, düşünmək, meditasiya etmək və reallığı sınamaq texnikalarını tətbiq etmək (əlin divar girməsinə çalışmaq, saatı oxumaq) lusid yuxu görməkdə kömək edə bilər.
Yuxu (Kurbe)
Yuxu (fr. Le Sommeil, 1866) — realis rəssam Qüstav Kurbenin Xəlil Şərif Paşanın sifarişi ilə yağlı boya texnikası ilə erotizm üslubunda çəkmiş olduğu rəsm əsəri. Əsəri kəsb etdiyi məna baxımından fr. les Deux Amines — "İki Rəfiqə" və fr. Paresse et Luxure — "Miskinlik və Şəhvət" kimi də adlandırılır. Əsərdə lezbiyanlıq tərənnüm olunur. Tabloda iki çılpaq qadın, erotik bir şəkildə birbirinə yataqda sarılmış olaraq, cinsəl münasibətdən sonra dincəlmək için yuxulamaları təsvir edilmişdir. Əsərdə məkan baxımından ipək yataqlı barok stilli mebellə bəzədilmiş yataq otağı təsvir edilmişdir. Arxa planda məxmər pərdə, sağ küncdə isə üzərində dekorativ bir güldan olan bir masa yer alır. Ön plandaki kiçik masanın üzərində ise üç əşya vardır – kiçik bir şərab şüşəsi, büllur bir vaza və bir qədəh.
Yuxu (dəqiqləşdirmə)
Yuxu — röya. Yuxu (fizioloji proses) — fizioloji proses. Yuxu (musiqi qrupu) — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. Filmlər Yuxu (film, 1964) — 1964-cü ildə çəkilən film. Yuxu (film, 1987) — 1987-ci ildə çəkilən film. Yuxu (film, 2001) — 2001-ci ildə çəkilən film.
Yuxu (qrup)
Yuxu — Azərbaycan rok qrupu. 1987-ci ildə Sumqayıt şəhərində yaradılmışdır. Qrupun yaradıcısı bas-gitarada ifa edən İbrahim Emin idi, zərb alətlərində Çingiz Eyvazov, gitarada Namiq Nağdəliyev ifa edirdi. Qrupun müxtəlif vaxtlarda üç vokalçısı olub: Cəsur Nemətov, Sərxan Civələk və Zaur Abdullayev. Qrupun ilk mahnısı "Xəzərin sahilində" olub. "Yuxu" Azərbaycanda yaransa da, fəaliyyətinin əsas hissəsini 1991–2001-ci illərdə Türkiyədə göstərib. Həm Azərbaycanda, həm də Türkiyədə bir neçə festivalda iştirak edib. Fəaliyyət göstərdiyi illər ərzində qrup 3 albom buraxıb: "Xəzərin sahilində" (1993), "Sumqayıt" (1994) və "Ölümə çarə yox" (2001). Qrupun bütün mahnıları Azərbaycan dilində idi. 1999-cu ildə İstanbulda baş vermiş güclü zəlzələ musiqi sənayesinə də mənfi təsir göstərib və "Yuxu" qrupu 2001-ci ildə fəaliyyətini dayandırıb.
Yuxu Apnesi
Yuxu görmə
Yuxu və ya röya — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.
Yuxu güləbətini
Adi güləbətin (lat. Pulsatilla vulgaris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. Anemone pulsatilla L. Pulsatilla pulsatilla (L.) H.Karst.
Yuxu tripanosomu
Yuxu tripanosomu - Afrikada yuxu xəstəliyinin törədicisi olub, zooantroponozlara aid edilir. Çünki insandan başqa rezervuar sahib ev heyvanları (donuz, keçi və s.) da ola bilir. Qambi tripanosomunun törətdiyi xəstəlik Qərbi və Mərkəzi Afrikada yayılmışdır. Bədən oxlovvari, yuxarıdan-aşağıya basılmış və bir qədər əyilmiş formadadır. Qambi tripanosomunun keçiricisi Glossina palpalis sese milçəyidir. Sese milçəyi parazitin qamçılı formasını ev heyvanlarından (donuz, keçi və s.) insana keçirdikdən sonra tripanosom qana, limfa düyünlərinə daxil olaraq intensiv surətdə qeyri-cinsiyyətli yolla çoxalır. 20-25 gündən sonra bütün orqanlara, o cümlədən baş və onurğa beyinə, ürəyə, böyrəklərə, qaraciyərə, dalağa, sümük iliyinə keçib ağır iltihab prosesinə və distrofık dəyişikliklərə səbəb olur. Xəstə adamlarda parazitin inkişafı iki mərhələdə gedir: 1.İlkin və ya hemolimfatik mərhələ. 2. Sonrakı və ya meninqo-ensefalitik mərhələ.
Yuxu xaşxaşı
Yuxu xaşxaşı (lat. Papaver somniferum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü. Birillik ot bitkisi olub, hündürlüyü 100-150 sm olub, tərkibi çoxlu şirəyə malikdir. Gövdəsi düzqalxan, sıxyarpaqlı, göyümtül-yaşıl, yuxarı hissəsi adətən budaqlıdır. Yarpaqları növbəli, göyümtül, sıx, və ya aşağı hissəsi damarlı, nadir hallarda tükcüklüdür. Kökətrafı yarpaqlarının uzunluğu 30 sm, çətir kimi toplanmış, qısa saplaqlı, ellipssəkilli, iridişcikli və ya kəsilmiş-pərli olub, kənarları kəskin dişciklidir. Gövdə yarpaqlarının uzunluğu 20 sm, enli ellipssəkilli və ya tükcüklü itidişciklidir. Çiçəkləri 1-10 saylı, iri, gövdə zirvəsi budaqlanan, çiçəkləri uzun və yağlı şişkindir. Çiçəkləmə dövründə başı aşağı əyilmiş çiçəklər hamar, tərkibində tiryək olan sortlar göyümtül-yaşıl, uzunsov-ellipssəkilli, zirvəsinin uzunluğu 3-4,5 sm, yağlı sortlarda isə onların ölçülərinin uzunluğu 2-2,5 sm, aşağı hissəsi qırmızı-bənövşəyi və ya tam yaşıl, enli-ellipssəkillidir. Kasacığı çılpaq, çiçəkləmədən əvvəl açılmağa başlayır.
Yuxu xəstəliyi
Afrika tripanosomozu, yaxud yuxu xəstəliyi — insanlarda və heyvanlarda parazit vasitəsi ilə törənən xəstəlik. Xəstəliyə yoluxmuş adamlarda, xəstəliyin törədicisinin iki tipi olur: Trypanosoma brucei gambiense (T.b.g) və Trypanosoma brucei rhodesiense (T.b.r.). T.b.g 98%-dən çox qeydə alınmışdır. Hər iki törədici adətən, xəstəliyin daşıyıcısı olan Qlossina milçəklərinin dişləməsi nəticəsində yayılır və buna ən çox kənd yerlərində təsadüf edilir. İlk mərhələdə qızdırma, baş ağrısı, qaşınma və oynaqlarda ağrılar olur. Bu simptom xəstəliyin daşıyıcısı olan Qlossina milçəklərinin dişləməsindən 1-3 həftə sonra xəstədə özünü büruzə verir. Neçə həftələr, yaxud aylar sonra isə ikinci mərhələ başlayır: şüurun zəifləməsi, Hərəkətin pis koordinasiyası, keyləşmə və yuxu pozğunluğu. Ağır hallarda risk qrupuna daxil olan əhalinin qanında T.b.g. olub-olmaması müntəzəm qan analizləri ilə yoxlanılmalıdır. Diaqnoz vaxtında – xəstədə nevroloji simptomların üzə çıxmasına qədər, qoyulduqda, müalicə yüngül keçə bilər.
Yuxu zamanı
[mənbə göstərin] Yuxu zamanı – fərqli aləmdə varlığını davam edən, vaxtı ilə mədəni qəhrəman və metafizik varlıqlara ev olmuş fərqli Avstraliya mifologiyalarına xas olan özünəməxsus mifoloji eranın, yaradılış dövrünün təyinatı üçün istifadə edilən termin. 1938-ci ildə antropoloq A.P.Elkin tərəfindən təklif edilib və Uilyam Edvard Henli Stenner tərəfindən məşhurlaşdırılıb. Ehtimal edilirdi ki, əslində “daimi”, “varlıqsız” mənalarını daşıyan aranta dilindəki “alçerinqa” sözünün (alcheringa) yanlış tərcüməsidir. Bəzi ərazilərdə “yuxu zamanı” “Bayame zamanı” (Bayame – ali yaradan-ilah) adlanır. “Yuxu” zamanı mifik qəhrəmanlar öz həyat dövrünü başa vuraraq, insanları, heyvanları və bitkiləri canlandırıb, yerli landşaftı müəyyən və adətləri bərqərar edib. Bu məcrada, ənənəvi olaraq, ingilis dilinə “yuxu” kimi tərcümə edilən söz (aranta – alçera, diyeri – mura-mura, pityantyatyara - tjukurpa) həmçinin bütün ruh varlıqların təyin edilməsi üçün istifadə edilir. “Yuxu zamanı” haqda təsəvvür, demək olar ki, Avstraliyanın bütün aborigen xalqlarında mövcuddur. 1980-ci illərdən başlayaraq “yuxu zamanı” obrazı kütlə mədəniyyəti və müasir (ing. “new age”) populyar mifologiya baxımından yenidən gündəmə gətirilir. Qeyd edilirdi ki, tez-tez bu axınlarda bu anlayışın mənası təhrif olunurdu.
Yuxu əsməsi
Adi güləbətin (lat. Pulsatilla vulgaris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. Anemone pulsatilla L. Pulsatilla pulsatilla (L.) H.Karst.
Yuxu (proses)
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Yuxu prosesi

Yuxu iflici
Yuxu iflici — insanın adətən yuxuya getmə və ya oyanma prosesində iflic yaşadığı müvəqqəti vəziyyət. Yuxu iflici zamanı fərd şüurlu olur və ətrafdakılardan xəbərdar olur, lakin öz iradəsi ilə bədənlərini hərəkət etdirə bilmir. Bu, bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilər və tez-tez sinə üzərində təzyiq hissi, nəfəs almaqda çətinlik, çarəsizlik, qorxu hissi ilə müşayiət olunur. Yuxu iflici yaşayan insanlar tez-tez eşitmə, vizual və toxunma duyğuları da daxil olmaqla müxtəlif duyğu üsullarını əhatə edə bilən parlaq və sıx halüsinasiyalar yaşayırlar. Fərdlər qəribə səslər, pıçıltılar, ayaq səsləri və ya reallıqda olmayan digər səsləri eşidə bilər. Bəzi insanlar "başqa dünyaya aid" və ya narahatedici hiss edən səslər və ya söhbətlər eşitdiklərini bildirir, ətraflarında müxtəlif varlıqları, fiqurları və ya obyektləri gördüyünü xəbər verirlər. Bu, vizual halüsinasiyalar çox vaxt kölgəli, təhdidedici və ya sürreal olaraq təsvir edilir. Bəzi fərdlər isə çarpayısının üstündə üzmək, uçmaq və ya havaya qalxmaq hisslərini yaşayır, görünməyən bir qüvvə tərəfindən toxunulduğunu, tutulduğunu və ya sıxıldığını hiss edirlər. Bəzi hallarda fərdlər qoxu və ya dadla bağlı halüsinasiyalar bildirə bilər, baxmayaraq ki, bu hal çox nadir baş verir. Yuxu iflicinin şizofreniya ilə birbaşa əlaqəsi yoxdur və müstəqil bir xəstəlik deyil, normal yuxu fenomeni hesab olunur.
Yuxu kimi
Yuxu kimi — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. Ailə şərəfini hər şeydən üstün tutan Habil (Məhəmməd Verdizadə) qızı Yasəmənin (Aysel İbrahimova) öz qohumu Cövdətlə (Niyaz İlyasoğlu) ailə qurmasını istəyir. Yasəmən isə kimsəsiz Aqşini (İbrahim Çingiz) sevir. Bir müddət sonra Aqşin iş ardınca müvəqqəti Rusiyaya gedir. Ailələrin heç biri qızın istəyi ilə hesablaşmayaraq, onu Cövdətə nişanlayırlar. Aqşin mobil telefonunu itirdiyi üçün Yasəmən ona əvvəlcədən xəbər verə bilmir. O, baş verənlərdən yalnız Bakıya qayıdandan sonra xəbər tuta bilir. Tərəflər baş vermiş hadisələrə görə bir-birini günahlandırsalar da, sevgi hissi daha üstün gəlir. Toyuna az müddət qalmış Yasəmən Aqşinlə birlikdə evdən qaçmağa məcbur olur. Habil bu hadisədən xəbər tutanda intihara cəhd edir.
Yuxu ssenarisi
Yuxu ssenarisi (ing. Dream Scenario) — 2023-cü ildə ekranlara çıxan ABŞ filmi. Pol Mettyus adlı bir şəxs hər kəsin yuxusuna girməyə başlayır. Nikolas Keyc Culianna Nikolson Maykl Sera a24films.com/films/dream-scenario — Yuxu ssenarisinin rəsmi saytı Yuxu ssenarisi — Internet Movie Database saytında.
Gözünə gün düşür (hekayə)
Gözünə gün düşür — E.Hüseynbəyli tərəfindən 2010-cu ildə yazılmış hekayə. İlk dəfə fevralın 27-də «525-ci qəzet» də çap edilib. == Haqqında == Hekayə çıxan kimi onun barəsində ir neçə məqalə yazılıb. Professorlar Nizami Tağısoy və Nusret Hesretlininın məqalələri qəzetin mart-aprel saylarında nəşr olunub. Bir az sonra akademik Tofiq Hacıyev həmin hekayəyə geniş məqalə həsr edib. Hekayə rus dilinə çevrilib və 2010-cu ilin iyununda Moskvada nəşr olunan «Drujba narodov» jurnalında çap olunub və jurnalın saytında yerləşdirilib. Bir çox rusdilli saytlarda və Rusiyanın bəzi kitabxanalarında bu hekayənin süjeti və ideyası barədə də məlumat nəşr olunub. Həmin ilin iyunun 7-də «Azadlıq» radiosunun «Oxu zalı» da hekayəni sayta qoyub. «Literaturnı Azərbayjan» jurnalı hekayəni 2010-cu il avqust sayında yerləşdirib. == Kino == 2011-ci ilin fevralında hekayə əsasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Yol» qısametrajlı bədii film çəkilib və həmin ilin martında Almaniyanın «Oberhauzen» festivalına göndərilib və proqramdankənar nümayiş olunub.
Qırmızı teremdə yuxu
Qırmızı teremdə yuxu və ya Daşın hekayəsi (sadələşdirilmiş çincə: 红楼梦, ənənəvi çincə: 紅樓夢; pinyin: Hóng Lóu Mèng) Tsao Syuetsin tərəfindən yazılmlş, çincənin dörd böyük klassik romanlarından biri. 18-ci əsrin ortalarında, Tsin sülaləsi dövründə yazılmışdır. Çində xalq dilində yazılmış ən böyük əsərlərdən biri və çincə fantastika ədəbiyyatının şah əsəri qəbul edilir. İlk 80 bölüm Tsao Syuetsin tərəfindən yazıldı. 1791-92-də birinci və ikinci nəşrləri hazırlayan Qao E, yoldaşı Çenq Ueiyuan ilə birlikdə romana 40 bölüm daha əlavə etdi. Qırmızı teremdə yuxu yarı-avtobioqrafiya növündə yazılmış bir romandır. Tzao Syuetsinin öz ailəsinin və eyni zamanda Tzin sülaləsinin yüksəlişini və çöküşünü anladır. Yazıçının ilk bölümdə anlatdığına görə gəncliyində tanış olduğu qadınlara, qohumlara və xidmətçilərinə həsr edilmiş bir xatirədir. Kitap çox geniş qəhrəman heyəti və buna bağlı psixolojik ölçüsünün yanında 18-ci əsrin Çin atistokratiyasının sosial quruluşunun ətraflı bir analizi olması baxımından da vacibdir. Qırmızı (qızıl) köşk ya da otaq anlayışının mənşəyi haqqında fərqli nəzəriyyələr vardır.
Xarici yuxu arteriyası
Xarici yuxu arteriyası (lat. arteia carotis externa) ümumi yuxu arteriyasının bir şaxəsi olub, ondan qalxanabənzər qığırdağın üst kənarı bərabərliyindən başlanğıc götürərək, döş-körpücük-məməyəbənzər əzələnin ön kənarı ilə yuxarıya döğru gedərək yuxu üçbucağına çatır, buradan çənəarxası çuxura keçərək qulaqaltı vəzinin kütləsini keçir və çənə boynu arxasında 3 şaxəyə ayrılır: səthi gicgah arteriyası — lat. a. temporalis superficialis və əng arteriyası — lat. a. maxillaris. Başlanğıcda daxili yuxu arteriyası daxili yuxu arteriyasından işəri tərəfdə yerləşsə də sonradan yuxarı doğru getdikcə bayır tərəfinə keşərək ondan bizəbənzər çıxıntı, biz-udlaq — lat. m. stylopharyngeus və biz-dil əzələləri — lat. styloglossus vasitəsilə ayrılır.
Yuxu (film, 2001)
Yuxu — Rejissor Fikrət Əliyevin filmi. Film iki sevən gəncin məhəbbətindən bəhs edir. Filmdəki hadisələr bizim günlərdə səfalı Abşeron qəsəbələrindən birində, baş qəhrəmanın yuxusu ətrafında cərəyan edir. Əliabbas (İlham Qasımov) sevgilisinə qovuşmaq üçün nə dedi-qodulardan qorxur, nə də hədələrdən. O öz xoşbəxtliyi uğrunda mübarizə aparır… Və istədiyinə nail olur. Film quruluşçu operator Valeri Kərimovun kinoda son işidir. Filmin çəkilişlərinə Buzovna qəsəbəsi sakinləri köməklik göstərmişdir. Bəzi çəkilişlər Neftçala rayonunun Qoltuq kəndində çəkilib Filmdə Hidayət dayını canlandıran aktyor Gündüz Abbasovun kinoda son işidir Film 1993-cü ildə çəkilmişdir, çəkilişi 1994-cü ildə başa çatmışdır. Lakin filmin tam istehsalı müəyyən səbəblərdən 2001-ci ildə başa çatmışdır. Ssenari müəllifləri: Qasım Səfəroğlu, Fikrət Əliyev Quruluşçu rejissor: Fikrət Əliyev Quruluşçu operator: Valeri Kərimov Quruluşçu rəssam: Adil Azay, Əziz Məmmədov Bəstəkar: Azər Dadaşov Rejissor: Qasım Səfəroğlu Operator: Vaqif Muradov, Eldar Ağayev Səs operatoru: Kamal Seyidov Montaj edən: Rəfiqə İbrahimova Redaktor: Ruqiyyə Eldarova Qrim rəssamı: Berta Roqova Rejissor assistenti: Elçin Süleymanov, İradə Quliyeva, Arif Həbibi Operator assistenti: Fuad Cabbarov (Fuad Cabbarlı kimi) Dekor üzrə rəssam assistenti : Elyaz Səfərov Geyim üzrə rəssam assistenti: Şahin Həsənli Montaj üzrə assistent: Xalidə Cəfərova Foto rəssamı: Tofiq Kərimov Geyim ustası: Gülxar Sadıqova Əlbəsə ustası: Gülxar Sadıqova İşıq ustası: Adil Dadaşov İşıqçı: Məhəmməd Hacıyev Səs texniki: Nadir Mikayılov Direktor müavini: Tofiq Musayev, Tərlan Babayev İnzibatçı: Əbdülnəsir Kutiyev (Əbdül Kutiyev kimi), İlqar Əliyev Sürücü: Oqtay Əliyev, Muxtar Əzizbəyov Çalır: Rafiq Babayevin İnstrumental Ansamblı Ansamblın bədii rəhbəri: Səyavuş Kərimi Mahnının mətni: Qasım Səfəroğlu Mahnı ifa edən: Azər Zeynalov Filmin direktoru: Heydər Dadaşov Prodüser: Fikrət Əliyev Nəsibə Zeynalova — Məsmə Səyavuş Aslan — Fərəcov Yaşar Nuri — Xəlil Zərnigar Ağakişiyeva — Xurşud Qorxmaz Əlili — qəsəbə sakini İlham Qasımov — Əliabbas Ayan Mirqasımova — Bahar Nuriyyə Əhmədova — Səriyyə Gündüz Abbasov — Hidayət Bəxtiyar Məmmədov — Bədəl Bəhram Bağırzadə — Akif (Bəhram Bağırov kimi) Kübra Dadaşova — Gülgəz Xanım Qafarova — Nazlı Aqil Ağacanov — Mənsurov V. Əliyeva Tural Əliyev Ülvi Əliyev Məmmədkamal Kazımov — qəsəbə sakini Şamil Süleymanov — satıcı Nəsibə Eldarova Lətifə Əliyeva — satıcı Esmira Əliyeva Xədicə Xeyrullayeva S. Qulamova Azad Dadaşov Ruqiyyə Eldarova Nəsibə Novruzova — maşındakı qız N-n.
Yuxu (musiqi qrupu)
Yuxu — Azərbaycan rok qrupu. 1987-ci ildə Sumqayıt şəhərində yaradılmışdır. Qrupun yaradıcısı bas-gitarada ifa edən İbrahim Emin idi, zərb alətlərində Çingiz Eyvazov, gitarada Namiq Nağdəliyev ifa edirdi. Qrupun müxtəlif vaxtlarda üç vokalçısı olub: Cəsur Nemətov, Sərxan Civələk və Zaur Abdullayev. Qrupun ilk mahnısı "Xəzərin sahilində" olub. "Yuxu" Azərbaycanda yaransa da, fəaliyyətinin əsas hissəsini 1991–2001-ci illərdə Türkiyədə göstərib. Həm Azərbaycanda, həm də Türkiyədə bir neçə festivalda iştirak edib. Fəaliyyət göstərdiyi illər ərzində qrup 3 albom buraxıb: "Xəzərin sahilində" (1993), "Sumqayıt" (1994) və "Ölümə çarə yox" (2001). Qrupun bütün mahnıları Azərbaycan dilində idi. 1999-cu ildə İstanbulda baş vermiş güclü zəlzələ musiqi sənayesinə də mənfi təsir göstərib və "Yuxu" qrupu 2001-ci ildə fəaliyyətini dayandırıb.
Yuxu (fizioloji proses)
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Yuxu (fizoloji proses)

Значение слова в других словарях